Türkiyənin tanınmış müğənnisi və aktrisası Harika Avcı müflis olub.
Bir vaxt gözəlliyi və lüks həyatı ilə seçilən müğənni yataqxanada yaşamağa başlayıb.
59 yaşlı Harika Avcının hazırda çətin günlər yaşadığı bildirilir:
“Maddi çətinliklər çəkən Harika hər şeyini sataraq, yataqxanada yaşamağa başlayıb. Hətta yataqxanada qalma pulunu belə Avstraliyada yaşayan fanatı ödəyib.
Müğənni ona qarşı edilən fırıldaqçılıqlardan sonra maddi çətinliklər yaşayıb. Psixologiyası pisləşdikdən sonra müğənni evdən çölə çıxmamağa başlayıb. Hətta evində işlətdiyi qaz və işıq pulunu belə ödəməyə pulu olmayıb”.
Qeyd edək ki, Harika Avcı “Ölümün El Yazısı”, “Vəhşi Aşk”, “İyi Aile Çocuğu”, “Gizli Aşk”, “Acı Dünya” və bir çox sevilən filmlərdə rol alıb./oxu.az