Roma Papası Yaponiyaya getdi

Roma Papası Fransisk Banqoku tərk edərək, Yaponiyaya gedib.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı TASS agentliyi yayıb.

Onun Yaponiyada Naqasaki və Xirosima şəhərlərini ziyarət edəcəyi vurğulanıb. Papanın Yaponiyada noyabrın 26-na qədər qalacağı bildirilib.

Qeyd edək ki, Yaponiyaya sonuncu dəfə Roma Papası II İohan Pavel 1981-ci ildə səfər edib.

 

Share: