Nazirdən yeni təyinatlar

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov kadr dəyişikliyi edib.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, nazirin əmri ilə polis mayoru Emil Həsənov Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad edilərək Göygöl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini təyin edilib. Qaynarinfo-nun yazdığına görə, H.Həsənov bu vəzifəyə qədər idarənin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

Share: