Londonda “Uber”ə qadağa qoyulub

London hakimiyyəti “Uber” texnologiya şirkətinə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina edib.

Bu barədə “APA-Economics” Böyük Britaniya mediasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Uber” ilə bağlı əsas şikayət sərnişinlərin təhlükəsizliyi olub. Belə ki, şirkətin sərnişinlərə nəzəri cəhətdən sürücü vəsiqəsi və sığortası olmayan sürücülərin xidmətlərindən istifadə etməsinə icazə verməsi yolverilməzdir.

Qeyd edək ki, bundan əvvəl “Uber”in İstanbulda da fəaliyyəti dayandırılıb. Bu qərar İstanbul Məhkəməsi tərəfindən qəbul edilib.

Share: