Azərbaycanın ilk yerli suşisi hazırlandı

Lənkəranda keçirilən III Çay, Çəltik və Sitrus Festivalı çərçivəsində aşpazlar Azərbaycanın ilk yerli suşisini hazırlayıblar.

Milletinsesi.az xəbər verir ki, yerli suşini hazırlayan aşpaz Nüsrət Səlimov bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Festival çərçivəsində 3 milli yeməyimiz suşi formasında təqdim edilib: hisə verilmiş kütüm balığı boranı plovla, çölməy plov və xüsusi ləvəngidən hazırlanan təamlar. Təqdimatlar olduqca böyük maraq görüb.

Qeyd edək ki, suşi yapon mətbəxinə məxsus dünyaca məşhur yeməkdir. Müxtəlif növləri olur. Tərkibində növündən asılı olaraq yumru düyü, quru dəniz yosunu, düyü sirkəsi, qızılbalıq filesi, tuna balığının filesi, təmizlənmiş krevetka, skumbriya filesi, krab çöpləri, xiyar, uçan balığın kürüsü və sair olur.

 

Share: