“Mançester Yunayted”də 17 yaşlı hücumçu

“Mançester Yunayted” əsas heyətinə 17 yaşlı yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu ilin əvvəlində “Amyen”dən “Mançester Yunayted”in U-17 komandasına transfer edilən Noam Emeranla 3 illik peşəkar müqavilə imzalanıb.

Onun artıq əsas komandanın düşərgəsinə qoşulduğu bildirilib.

Share: