Özcan Dəniz yeni serial çəkir

Sonuncu dəfə “İstanbullu gelin” serialında rol alan aktyor Özcan Dəniz yeni serial çəkməyə hazırlaşır.

Milletinsesi.az axşam.az-a istinadən bildirir ki, o, prodüser və ssenaristi olacaq yeni ekran işi üçün aktyor və aktrisaların axtarışına başlayıb. Hər bölüm üçün 30-80 min lirə nəzərdə tutan Özcanın seçimi tanınmış sənətçilərdən yana olmayacaq.

Qeyd edək ki, Dəniz “İstanbullu gelin” serialından hər bölüm üçün 200 min lirə qazanırdı.

Share: