Bakıda 6 tələbə qız dəm qazından zəhərlənib

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə1 saylı Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.

Share: