Fransa Prezidenti Emmanuel Makron noyabrın 28-də Parisdə NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə məlumatı Fransa Prezident Administrasiyası yayıb. Məlumata görə, görüşün yerli vaxtla 11:00-da keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə Makron NATO-nun beyin ölümü yaşadığını bildirmişdi. O bu çıxışına görə bəzi Qərb dövlətləri tərəfindən tənqidə məruz qalmışdı.