Azərbaycanda “ASAN Assosiasiya” yaradılır

Gələn ay Azərbaycanda “ASAN Assosiasiya” yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədr müavini Ceyhun Salmanov deyib.

“İyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilmişdi. O forumda “ASAN Assosiasiya”nın yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Dekabrda assosiasiya rəsmi formada yadarılacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Monteneqro var. Növbəti mərhələdə isə “ASAN xidmət”in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq”, – deyə C.Salmanov qeyd edib.

Share: