Ötən həftə ərzində İranda 15 nəfər qrip nəticəsində dünyasını dəyişib.
Milletinsesi.az-ın məlumatına görə, bunu İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.
Ə.Rəisinin sözlərinə görə, 8 nəfər H1N1 virusu, 7 nəfər isə H3N2 virusu nəticəsində həlak olub.
Qeyd edək ki, son bir neçə həftədə 3 915 nəfər tənəffüs sistemi xəstəliklərinə yoluxub. Onun 342-sinin qripə yoluxduğu bildirilir. (Trend)