Bonilyanın rekordunu təkrarladı

“Zirənin futbolçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, bu, XII turun “Keşlə” ilə qarşılaşmasında baş verib. Hücumçu klubun tarixində Premyer Liqada ən çox dubl edən futbolçu adına şərik çıxıb.

Rodriqes ilk iki dubluna ötən mövsüm səfər görüşlərində imza atıb. Onun iki qol vurduğu ilk komanda da “Keşlə” olub və komanda da 3:1 hesabı ilə qalib gəlib. Bu matçdan 6 gün sonra – mayın 11-də “Sabah”la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.
Cari mövsümdə və ev oyunlarında ilk dublunu gerçəkləşdirən Xulio ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylının dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, sabiq oyunçu eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib. O, 2015/16 mövsümündə “Kəpəz” və “Rəvan”a ev, “Qəbələ”yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-cı ildə olub.

Share: