Bakıda avtobuslarda qadınların cibinə girən kişi tutuldu

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

Milletinsesi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş B.Bünyadovun ətrafında Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin oktyabr ayında paytaxtın Nizami rayonunun ərazisində xətt avtobusunda Bakı şəhər sakini Ə.Əliyevanın çantasından içərisində 222 manat və sənədlər olan pulqabısını, habelə noyabrın 13-də Nərimanov rayonu ərazisində xətt avtobusunda paytaxt sakini İ.Məmmədovanın çantasından içərisində 400 manat və sənədlər olan pulqabısını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Share: