Bir milyon izləyicisini məyus etdi

Türkiyəli müğənni Hande Yener İnstaqram hesabındakı bütün fotoları silib.

Axşam.az xəbər verir ki, bir milyon izləyicisi olan sənətçi hətta profil şəklini də götürüb. Bu addım Yenerin sosial şəbəkə ilə vidalaşdığı fikrini ağıllara gətirib.

Qeyd edək ki, son günlər paylaşımları silmək sənətçilər arasında trend olub. Əvvəl Sərdar Ortaç, daha sonra isə Edis Görgülü, Oğuzhan Koç, Merve Boluğur da bənzər addımı atıblar.

Share: