“Facebook”un bu yeniliyi sizə pul qazandıra bilər

“Facebook” sosial şəbəkəsi daha bir yeniliyə imza atıb.

Axşam.az xəbər verir ki, yenilik daha çox marketinq işi ilə məşğul olanlar üçün əlverişlidir.

Belə ki, bundan sonra “Viewpoints” adlanan anketlər vasitəsilə səsvermələr keçiriləcək. Buna görə də, proqram etdikləri anketlərə görə ödənişlər edəcək.

“Facebook” istifadəçilərinin qoşulduğu anketdə sizə ballar verməsi pul qazanmağınıza şərait yaradacaq. Min bal toplayan  şəxs 5 dolların sahibi olacaq.

Share: