Milli komandada 38 yaşlı baş məşqçi

Rumıniya millisinin yeni baş məşqçisi məlum olub.

Qol.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, yığmaya Mirel Radoi gətirilib. 38 yaşlı məşqçinin müqavilə müddəti açıqlanmayıb. Radoi bu vəzifədə uğursuzluğa görə istefaya göndərilən Kosmin Kontranı əvəzləyib.

Qeyd edək ki, gənc məşqçi son olaraq Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasını çalışdırıb.

Share: