Kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Vinni Troyya 1,2 milyard sosial şəbəkə istifadəçisi haqqında informasiyadan ibarət məlumat bazasını aşkar edib. Bu haqda “Wired” nəşri məlumat verib.
Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə, sözügedən fayl “Google Cloud” bulud xidmətində saxlanılıb. Mütəxəssis faylı yükləyənin kimliyini öyrənə bilməyib. Bu halda məlumat bazasında parol, bank kartlarının nömrələri və ya təhlükəsizlik kodları kimi mühüm məlumatlar olmayıb.
Troyya deyib ki, bazada “Twitter”, “Facebook”, “LinkedIn” və “GitHub” xidmətlərindən istifadə edənlərin profillərindəki informasiya yerləşdirilib.
Nəticədə onların ev və mobil telefonları (təxminən 50 milyon nömrə), məşğulluq tarixçəsi və elektron poçt ünvanları internetdə əlçatandır. Faylların adı informasiyanın çox hissəsinin ABŞ-ın “People Data Labs” şirkətinə aid olduğunu göstərir.