2020-ci ilin dövlət büdcəsi qəbul edildi

Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Milletinsesi.az xəbər verir ki, büdcə müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.

Komitə sədri büdcənin Milli Məclisdə, onun müvafiq komitələrində geniş müzakirə edildiyini, habelə hökumət təmsilçilərinin deputatların qaldırdıqları məsələlərlə bağlı mövqelərini ifadə etdiklərini deyib.

Z.Səmədzadə bildirib ki, 2020-ci ilin dövlət büdcəsi haqda qanun layihəsi Azərbaycanın maraqlarına tam uyğundur.

Bundan sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq qəbul olunub.

 

Share: