BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

“Slovan”ın baş məşqçisindən “Beşiktaş” azarkeşlərinə ədəbsiz jest


Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda ötən gecə keçirilən “Beşiktaş”-“Slovan”  matçından (2:1) sonra xoşagəlməz anlar yaşanıb.

Qol.az xəbər verir ki, matçın final fitindən sonra qonaqların  baş məşqçisi “Beşiktaş” fanatlarına tərəf əllə qeyri-etik jest edib və azarkeşləri söyüb.

Bunu görən “Beşiktaş”ın ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları Yan Kozaka hücum çəkib. Polislər münaqişənin böyüməsinə imkan verməyib. Kozak meydandan polisin müşaiyəti ilə çıxarılıb.

Qeyd edək ki, matçın 90+2-ci dəqiqəsində Lyayiçin penaltidən vurduğu qol “Beşiktaş”a qələbə qazandırıb. Bu məğlubiyyətlə Sovakiya təmsilçisi pley-offa çıxmaq şansını itirib.