Təqsirin etiraf edilməsinə görə 9 il həbs cəzası

Ağcabədidə baş verən yol qəzasında avtomobildə yanaraq ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində “VAZ-21099”un sürücüsü, Ağcabədi rayon Pəroğullar kənd sakini, 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və onun həyat yoldaşı, 71 yaşlı Dədəkişiyeva Güllü Fərrux qızı yanaraq ölüblər.

Qəza nəticəsində “VAZ-2107” markalı, 10 CF 494 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, rayonun Xocavənd qəsəbə sakini Məmmədov Orxan İlham oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Share: