Ayrılıq səbəbləri Aslı imiş

“Kanal D”də yayımlanan “İkinci sayfa” proqramı iddia edir ki, Özcan Dənizlə həyat yoldaşı Feyza Aktanın evliliyi Aslı Enverə görə bitib.

Axşam.az xəbər verir ki, Özcanın Aslıya olan heyranlığı isə buna səbəb kimi göstərilir.

Belə ki, sənətçi davamlı olaraq Aslı Enverin geyindiyi libasları, saç stillərini həyat yoldaşında görmək istəyib. Bu isə Feyzanın dava çıxarmasına zəmin yaradıb.

Problemi aradan qaldırmaq üçün psixoloqa müraciət edən cütlük aralarındakı problemi həll etməyi bacarmayıb və yollarını ayırıb.

Qeyd edək ki, F.Aktanın nikahında geyindiyi libasın Aslı Enverin serialdakı libasla eyni olması günlərlə müzakirə edilmişdi.

Share: