BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

“Mançester Siti”nin sahibi 8-ci klubunu aldı


“Mançester Siti”nin rəhbərliyi Hindistanın “Mumbai Siti” klubunun səhmlərinin 65 faizini alıb.

Qol.az xəbər verir ki, Hindistan yüksək liqasında çıxış edən komanda Xəlifə Haldun Əl-Mübarəkin sahib olduğu “City Football Group” korporasiyasına daxil edilən 8-ci klub olub.

Şirkət “Mançester Siti”dən başqa,  “Nyu-York Siti” (ABŞ), “Melburn” (Avstraliya), “Torke” (Uruqvay), “Jirona” (İspaniya), “Yokohama Marinos” (Yaponiya), “Siçuan” (Çin) klublarının da sahibidir.

Qeyd edək ki, “City Football Group” “Abu Dhabi United Group” şirkətinin kiçik qollarından biridir. Əsas şirkətin və klubların sahibi kral Mənsur ibn Zeyd Əl-Nahyandır.