BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Dekabr 9 2019

NASA Aya göndəriləcək yeni qurğunu təqdim etdi


ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Aya pilotlu missiya üçün yeni robot aparatın dizaynını təqdim edib.

Orta ölçülü robotlaşdırılmış modul Yer peykinin qütb sahələrinin tədqiqatı üçün istifadə ediləcək. Konsepsiyanın sadəlik və qənaət prinsipləri nəzərə alınmaqla hazırlandığını qeyd edən “NASA” nümayəndələri hazırda endirilə bilən aparatın Ay gecələri üçün uyğun olmadığını deyiblər.

Ay qütbünə 300 kiloqramlıq yüklər çatdıracaq aparatın konstruksiyası böyük yükqaldırma qabiliyyətinə malikdir. Sistemdə birsimli sistemlər, minimal mexanizmlər və sadə texnologiyalardan istifadə olunub. Lakin mühəndislər tərəfindən roverin dəqiq enişi üçün əlavə təkmilləşdirmə işlərinin aparılması planlaşdırılır. Bir neçə “NASA” səhra mərkəzi Aya uçacaq aparatın yaradılmasına öz töhfəsini verib. Agentlik nümayəndələrinin sözlərinə görə, Ay missiyaları inkişaf etdikcə faydalı yüklərin yerləşdirilməsi üçün sadə, lakin yüksək məhsuldarlıqlı və stabil faydalı yük həcminə malik gəmilər tələb olunur. Bu səbəbdən endirilə bilən aparatların layihələndirilməsi ilə məşğul olan digər şirkətlər aparılan işlərdən faydalana bilərlər./Teleqraf.com