Bu gün Milli Məclisin buraxılması müzakirə olunacaq

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milletinsesi.az xəbər verir ki, iclas zamanı millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı xahişlə Prezidentə müraciət etmələri tövsiyə olunub.

 

Share: