Azərbaycanda cinayət törədən və məhkum edilən uşaqların sayı açıqlanıb

Azərbaycanda cinayət törədən və məhkum edilən uşaqların sayı açıqlanıb

Azərbaycanda cinayət törətmiş və məhkum edilən uşaqların sayı açıqlanıb.

Ötən il Azərbaycanda 301 nəfər 14-17 yaşlı uşaq törətdiyi cinayatə görə məhkum edilib. 2017-ci ildə bu göstərici 323, 2016-cı ildə 261, 2015-ci ildə 286, 2010-cu ildə 238 olub.

Ötən il ümumilikdə 12 433 (2017-ci ildə 13 733) nəfər məhkum edilib. Onların 11 864-ü (2017-ci ildə 13 147) kişilər, 569-u (2017-ci ildə 586) qadınlar olub. Məhkumların 6 381-i (2017-ci ildə 7 264) azadlıqdan məhrum edilib.

Keçən il 16 727 (2017-ci ildəc 16 750) nəfər cinayət törədib ki, onların 15 705-i (2017-ci ildə 15 787) kişi, 1 022-si (2017-ci ildə 963) qadın olub.

Cinayət törətmiş şəxslərin 471-i (2017-ci ildə 486) 14-17 yaşlı uşaqlar olub. 2016-cı ildə cinayət törədən uşaqların sayı 442 nəfər, 2015-ci ildə 477 nəfər, 2010-cu ildə 439 nəfər olub.

2017-ci ildə 14-17 yaşlı uşaqlar və onların iştirakı ilə 455 ( 2017-ci ildə 532, 2016-cı ildə 395, 2015-ci ildə 467, 2010-cu ildə 375) cinayət törədilib. (Trend)

Share: