“Nar” şirkəti fırıldaqçı saytla bağlı abunəçilərinə xəbərdarlıq edib.
Milletinsesi.az həmin xəbərdarlıq mətnini təqdim edir:
“Hörmətli abunəçilər, diqqətinizə çatdırmaq istəyirik ki, “Nar” adından istifadə edib bank kartlarından pul oğurlayan fırıldaqçı oyun saytı aşkarlanıb.
İstifadəçilər müxtəlif vebsaytlardan oyun səhifəsinə yönləndilir və onlara smartfon uduşu vəd olunur. Bildiririk ki, “Nar” mobil operatorunun 3-cü tərəflərin yaratdığı bu fırıldaqçı saytla heç bir əlaqəsi yoxdur.
Mobil operator şirkətin şəffaflıq prinsipinə uyğun olaraq abunəçilərini hər zaman spam xarakterli qoşulmalardan qoruyur. Arzuolunmaz SMS göndərişləri, vebsəhifələrdən avtomatik qoşulma, səsli bələdçi xidməti ilə yönləndirmələr kimi müştəri təcrübəsinə mənfi təsir edə biləcək xidmətlərin abunəçilərə təqdim edilməməsi üçün “Nar”, bu cür xidmətlər göstərən məzmun təminatçısı şirkətləri ilə əməkdaşlıq etmir.
Abunəçiləri diqqətli olub şəxsi və kart məlumatlarını paylaşmamağa və yalnız Nar-ın rəsmi veb-saytında – https://www.nar.az/və sosial şəbəkə profillərində keçirilən müsabiqələrə qatılmağa çağırırıq”.