Lənkəranda Adil Əzimov adlı vətəndaşın evindən 80 min manat oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, evindən oğurluq edilən şəxsin Lənkəran rayon Mərkəzi Xəstəxanasının həkimi olduğu bildirilir.