Moldova vətəndaşlarının əksəriyyəti NATO-ya üzvlüyün əleyhinədir

Moldova vətəndaşlarının əksəriyyəti ölkənin Rumıniya ilə birləşdirilməsinin və NATO-ya üzv olmasının əleyhinədir.

AZƏRTAC xəbər verir ki, “Public Media Group”un sifarişi ilə IMAS şirkəti tərəfindən keçirilən rəy sorğusuna əsasən, vətəndaşların 54 faizi Rumıniya ilə birləşməyin əleyhinə, 34 faizi isə lehinə səs verib. Rəy sorğusunda iştirak edənlərin 57 faizi Moldovanın NATO-ya üzv olmasının əleyhinə olub, 22 faiz isə lehinə səs verib.

Keçirilən sorğuda 1000-dən artıq vətəndaş iştirak edib.

Share: