TƏBİB-in poliklinikalarında SİSTEM ÇÖKDÜ

TƏBİB-in poliklinikalarında SİSTEM ÇÖKDÜ

Artıq iki gündür TƏBİB-in tabeliyində olan poliklinikalarda sistemin işləmədiyi bildirilir.

Millətin Səsi.az xəbər verir ki, bu şikayətlə Xitab24.az-a sağlamlıq haqqında arayış almaq istəyən, dünəndən bu problemlə üzləşən vətəndaş şikayət edib.

Onun sözlərinə görə, dünən səhər saat 11-dən indiyədək heç bir poliklinikanın sistemi işləmir və sistemlə əlaqəli heç bir sənədi almaq mümkün deyil.

Eyni problemin TƏBİB-ə tabe olan dövlət xəstəxanalarında, o cümlədən Yeni Klinikada da baş verdiyi bildirilir.

Məlumata görə, sonuncu klinikada vətəndaşlar internetin olmaması səbibdən bu problemlə üzləşiblər.

 

 

Share: