Azərbaycanda bələdiyyə seçkilərində səsvermə mərhələsi başlayıb.
Milletinsesi.az xəbər bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu saatlarda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, saat 08:00-da bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində başlayıb. 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 106 üzvlüyünə 41 462 namizəd iştirak edir.
Seçici siyahılarına adları daxil edilən 4 milyon 972 356 seçici səs verəcək. Adlarını seçici siyahısında tapa bilməyən vətəndaşlar isə şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilərlər.
Bələdiyyə seçkilərində yerli müşahidəçilərin sayı 52 636 nəfərdir. Müşahidəçilərdən 1512 nəfəri Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçib. Eyni zamanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 17 beynəlxalq müşahidəçi qeydiyyata alınıb.
Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu, məntəqələrin 20 faizini təşkil edir. Həmin məntəqələrdəki səsvermə prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkündür.
Gün ərzində seçici fəallığı ilə bağlı 5 dəfə məlumat açıqlanacaq. Saat 19:00-da seçki məntəqləri bağlı elan olunacaq.
Dövlət himninin oxunması ilə bələdiyyə seşkilərində səsvermə məhələsinə start verilib.