Şri Lankada növbəti dəfə partlayışlar olub.
Milletinsesi.az xəbər verir ki, Kalminay şəhərində ardıcıl 3 partlayış baş verib. Şri Lanka ordusunun rəsmiləri partlayışların baş verdiyini təsdiqləyib.
Partlayış nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, aprelin 21-də Şri Lankada 8 terakt baş verib. Terakt nəticəsində əvvəlcə 359 nəfərin öldüyü bildirilsə də, rəsmilər bu rəqəmin 260-ı aşmadığını bildiriblər.
***
Şri Lankanın şərqində atışma nəticəsində azı 15 nəfər, o cümlədən 6 uşaq həlak olub.
Bu barədə Şri Lanka Silahlı Qüvvələrinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, atışma aprelin 26-da axşam saatlarında Kolombonun cənubunda yerləşən Ampara rayonunun Seyntamarutu şəhərində hərbçilərlə İŞİD qruplaşmasının ehtimal edilən üzvləri arasında baş verib.
Polis binanın daxilində ehtimal olunan üç terrorçu-kamikadzenin, üç qadının və altı uşağın cəsədini aşkarlayıb. Evin həyətində isə ilkin məlumata əsasən, özlərini partlatmış üç kişinin cəsədi tapılıb. Əməliyyat zamanı güc strukturları əməkdaşlarının xəsarət almadığı bildirilir.
“Newsfirst” portalının məlumatına görə, naməlum şəxslərin Kalmunay şəhərində reyd keçirən hərbçiləri və polis əməkdaşlarını atəşə tutması nəticəsində isə iki əsgər və bir dinc sakin həlak olub, üç nəfər yaralanıb.