Mingəçevirdə rəis işdən çıxarıldı

Mingəçevirdə rəis işdən çıxarıldı

Mingəçevir Sukanal İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

ONA-nın məlumatına görə, Azərsu ASC rəhbərliyinin əmri ilə Mingəçevir Sukanal İdarəsinin rəisi Mustafa Yəhya oğlu Kərimov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə hələ ki, hər hansı yeni təyinat olmayıb.

Boş qalmış İdarə rəisi vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini Ələkbər Vəliyevə həvalə edilib.

Share: