Türkiyənin ilk yerli avtomobili

Türkiyənin ilk yerli avtomobilinin görüntüləri yayılıb.

Trend-in məlumatına görə, avtomobilin ilk fotoları sosial şəbəkələrdə yer alıb.

Həmin avtomobilin təqdimatının dekabrın 27-də baş tutacağı deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özül yerli avtomobilin istehsalı prosesinə 3 milyard dollar investisiyanın planlaşdırıldığını demişdi.

 

Share: