Budapeşt “Facebook” şəbəkəsini 36 milyon avro cərimə edib

Macarıstanın antiinhisar agentliyi “Facebook” şəbəkəsini 1,2 milyard forint (36 milyon avro) cərimə edib.

Milletinsesi.az AZƏRTAC-a istinadən bildirir ki, bu cərimə Mark Sukerberqin məhsulunun macarıstanlı istifadəçiləri çaşdırması ilə bağlıdır. Şirkət öz xidmətlərinin pulsuz olduğunu vəd etmişdi.

Agentliyin fikrincə, “Facebook” öz xidmətlərini bu platformanın baş səhifəsində və sorğu mərkəzində pulsuz xidmətlər kimi reklam etməklə qanunu pozub. Doğrudur, istifadəçilər bu servisdən istifadə etməyə görə pul ödəməli deyildi, lakin “Facebook” istifadəçilərin məlumatı və fəallığı sayəsində gəlir əldə edirdi.

Platforma öz elanlarına düzəlişlər etməyə başlayıb. Şirkətin Macarıstandakı ofisindən AZƏRTAC-ın xüsusi müxbirinə verilən məlumata görə, onlar yaxın vaxtlarda biznes model ilə bağlı qaydaları və şərtləri dəyişiblər və indi həmin qayda və şərtlər ölkənin antiinhisar orqanının tələblərinə uyğundur.

Share: