Akvilani “Fiorentina”da

İtaliya millisinin sabiq üzvü Alberto Akvilani məşqçiliyə başlayıb.

Qol.az xəbər verir ki, o, “Fiorentina”nın yeni baş məşqçisi Cüzeppe Yakininin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Liverpul”, “Milan”, “Yuventus”, “Fiorentina” kimi klublarda çıxış etmiş keçmiş yarımmüdafiəçi bu yay futbolçu karyerasını bitirmişdi.

Share: