Yeni il tətillərində qida çeşidlərinin bol olması insanların mədəsində ağırlığa səbəb olur, həzm prosesində fəsadlara gətirib çıxarır.
Ren.tv məlumat verir ki, diyetoloq Yekaterina Burlayeva bayram günlərində düzgün qidalanmağın bəzi şərtlərini açıqlayıb.
Həkim bildirir ki, mütləq olaraq faydalı və zərərli məhsul yoxdur, vacib olan uyğunluq və qəbul miqdarıdır. Mütəxəssisin fikrincə tərkibində yüksək yağ tərkibi olan məhsullar bayram süfrəsində üstünlük təşkil etməməlidir. Bu təhlükəli qidalara qızardılmış ət, mayonez, tərkibində yüksək miqdarda yağ olan salatlar, balıq dilimləri və kürü daxildir.
Diyetoloq məsləhət verir ki, birinci şərt yemək və içkilərə qarşı düzgün davranmaqdır; aşağı kalorili qidalardan, şəkərsiz içkilərdən, limon suyu sıxılmış sadə sudan istifadə etmək məqsədəuyğundur.
Eyni zamanda, spirtli içkilərdən zəhərlənmə halının qarşısını almaq üçün alkoqol içkilərindən istifadəni nəzarətdə saxlamaq tövsiyə olunur.