Bakıda bu avtobuslar nağdsız ödəməyə keçdi

Bakıda daha iki avtobus nağdsız ödəməyə keçib.

Bu barədə Milletinsesi.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat veriblər.

Bildirilib ki, artıq həmin avtobuslardan birində nağdsız ödəniş tətbiq olunub:

“Artıq 39 nömrəli marşrut xətti üzrə avtobuslarda gediş haqqı nağdsız formada “BakıKart”la ödənilməkdədir. Sabahdan isə eyni ödəniş üsulu 202 nömrəli marşrut xətti üzrə avtobuslarda tətbiq ediləcək”.

 

Share: