“Real”ın futbolçusu superkubokda oynamayacaq

“Real”ın futbolçusu Eden Hazard İspaniya superkubokunu buraxacaq.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, buna səbəb belçikalı yarımmüdafiəçini bərpa prosesinin ləngiməsidir. Onun əvvəlcə superkuboka kimi hazır olacağı gözlənilirdi. Ancaq sonra Hazardın yanvarın sonundan tez olmayaraq qayıdacağı məlum olub.

Qeyd edək ki, İspaniya superkuboku 8-12 yanvar tarixlərində Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, Hazard Çempionlar Liqasının qrup mərhələsində  PSJ ilə matçda (2:2) zədələnmişdi.

Share: