İlham Əliyev 3 sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 26-da Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncamla Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar və nişanlar verilib.

“Əməkdar kənd təsərrüfatı işçisi”

Bayramov Faiq Rafiq oğlu

Məmmədov Fikrət Binnət oğlu

Səfərov Ramazan Səhrəd oğlu

“Rəşadətli əməyə görə”

Allahverdiyev Allahverdi Sabir oğlu

Həsənov Hümbət Yusif oğlu

İsmayılov Bəhruz Vaqif oğlu

Kərimov Ziyad Aydın oğlu

Zeynalov Qafar Sadıq oğlu

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illiyi ilə əlaqədar Fondun aşağıdakı işçiləri təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Məmmədov Rauf Əhmədoviç

“Tərəqqi” medalı ilə

Ağayeva Səidə Ramis qızı

Bəhramov Bəhruz Fərman oğlu

Cavadov Rövşən Nazim oğlu

Əliyeva Cəmalə Araz qızı

İbrahimov Zaur Seyfulla oğlu

Kərimova Lamiyyə Ədalət qızı

Manafov İsmayıl Samud oğlu

Məmmədov Rəhim Fikrət oğlu

Mustafayev Rasim Vaqif oğlu

Mustafayeva Çəməngül Bahadur qızı

Pşeniçnıy Vadim Aleksandroviç

Zeynalov Allahverdi Nəriman oğlu.

***

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan cəmi 6,0 (altı) milyon manat, o cümlədən avtomobil yollarının yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

 

Share: