İsrail iki suriyalı məhbusu azadlığa buraxmaq qərarına gəlib

İsrail aprelin əvvəlində 37 il öncə Livanda itkin düşmüş israilli tankçı Zaxariya Baumelin cəsədinin qalıqları qaytarılandan sonra iki suriyalı məhbusu azadlığa buraxmaq qərarına gəlib.

Bu barədə İsrailin dövlət radiosu “Kan” məlumat yayıb.

“Baumelin cəsədinin qalıqları qaytarılandan sonra İsrail xoşməramlı jest olaraq 2 suriyalı məhbusu azad etmək qərarına gəlib”, – deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, 1982-ci il iyunun 11-də İsrailin Müdafiə Ordusu Livan ərazisində baş verən döyüşdə 35 əsgərini itirmişdi. Zaxariya Baumel həmin döyüşdə itkin düşmüşdü.

Rusiya həyatını itirmiş hərbçinin axtarışında İsrailə yardım edib. Bu il aprelin 4-də Moskvada Baumelin cəsədinin qalıqları İsrailin baş naziri Binyamin Netanyahuya təqdim edilib. (ONA)

Share: