İçərişəhərin qorunması Mehriban xanımın adı ilə bağlıdır

İçərişəhərin qorunması Mehriban xanımın adı ilə bağlıdır

Bu sözləri İçərişəhərdə aparılan təmir işləriylə bağlı yayılan iddialardan sonra Birinci vitse-prezident Mehriban Əliyevanın ora səfər etməsinə münasibət bildirən millət vəkili Hikmət Babaoğlu Milletinsesi.az-a deyib. O bildirib ki, tarixi abidələrimizin qorunmasında və YUNESKO-da qeydiyyata alınmasında M.Əliyevanın misilsiz rolu olub:

İçərişəhər dövlət tərəfindən qorunub, mühafizə olunan qoruqdur. Orada bizimi tarixi, milli yaddaşımız var. İçərişəhərin mühafizəsi və gələcək nəsillərə olduğu kimi çatdırılması dövlətimizin məqsədlərindən və vəzifələrindən biridir. Mən düşünürəm ki, tarixi abidələrimizin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olması, həmçinin ölkəmizdə bu sahədə görülən işlər təqdirəlayiq hadisədir.

Təəssüflər olsun ki, bəzi informasiya resuslarında doğru olmayan məlumatlara rast gəlinir və bunun ətrafında virtual şou düzəltməyə çalışanlar var. Lakin onu qeyd edim ki, tarixi abidələr Azərbaycanda hər zaman qorunur. İçərişəhər eyni zamanda YUNESKO-nun Ümumdünya irsi siyasındadır və xüsusi qorunan abidə kimi qəbul olunub.

Tək maddi deyil, qeyri-maddi mədəni irs nümunələrimizin qorunması, saxlanması və YUNESKO-da qeydiyyata alınması Mehriban Əliyevanın adıyıla bağlıdır”.

Qeyd edək ki, ötən gün Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkələrdə və mediada İçərişəhərdə aparılan təmir işləriylə bağlı yayılan iddialardan sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət edib.

Share: