“Real” ondan imtina etdi

“Real” ondan imtina etdi

PSJ-nin heyətdən uzaqlaşdırdığı və cari mövsümün sonunda komandadan ayrılacağı deyilən Adrien Rabiotun “Real”ın maraq dairəsində olduğunu xəbər vermişdik.

Milletinsesi.az xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” Rabiotun maddi tələblərini yüksəltməsi səbəbiylə bu transferdən imtina edib. Komandanın baş məşqçisi Zinəddin Zidanın “Mançester Yunayted”in futbolçusu Pol Poqba və “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin transferinə üstünlik verdiyi bildirilir.

“Bavariya”, “Yuventus”, “Tottenhem” kimi klubların maraq dairəsində olduğu deyilən 24 yaşlı futbolçu, bu mövsüm Paris təmsilçisinin heyətində iştirak etdiyi 20 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Share: