İran parlamenti Süleymaniyə görə toplanır – Qapalı iclas

İran parlamenti sabah general Qasım Süleymaninin ölümü ilə bağlı qapalı iclas keçirəcək.

Trend xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin sözçüsü Əsədulla Abbasi deyib.

Ə.Abbasinin sözlərinə görə, iclasda bəzi təhlükəsizlik və hərbi rəsmilər də iştirak edəcək.

Abbasi əlavə edib ki, iclasda ABŞ-ın hücumunun detalları araşdırılacaq.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

 

Share: