Uşağın müalicəsindən narazı qaldığı üçün həkimi kor etdi

29 yaşlı Özbəkistan vətəndaşı qohumu olan azyaşlını müalicə edən həkimi döyüb.

Ren.tv xəbər verir ki, bununla bağlı Özbəkistan Daxili İşlər Nazirliyinin İstintaq komitəsi məlumat yayıb.

Bildirilib ki, dayı bacısı oğlunun müalicəsindən narazı qalıb. Həkimə hücum edən şəxs onu nokauta göndərib.

Hadisə nəticəsində kəllə-beyin travması alan həkim görmə qabiliyyətini itirib. Həkimlərin səyləri də heç bir nəticə verməyib.

Hadisəni törədən şəxs həbs olunub.

Share: