Hindistanda öldüyü zənn edilən qadın dəfn mərasimi zamanı dirilib.
Bu barədə “The Hindu” saytı məlumat yayıb.
Hadisə Hindistanın Karnataka ştatında baş verib. Malatu Çauqili yüksək hərarətlə yerli xəstəxanaya yerləşdirilib. Bir neçə saatdan sonra o, huşunu itirib və həkimlər xəstəyə ölüm diaqnozu qoyublar.
Bundan sonra xəstənin yaxınları onu evə aparıblar. Lakin M. Çauqili dəfn mərasimində qəflətən gözlərini açıb və ayağa qalxıb.
Sonradan həkimlər səhvlərini etiraf ediblər və qadının komaya düşdüyü məlum olub.