Kənan Işıkdan 6 il sonra xəbər var

Aparıcı Kənan Işık 2014-cü ildə keçirdiyi qəzadan sonra komaya girmişdi. 

Axşam.az xəbər verir ki, komadan çıxdıqdan sonra müalicəsinə ev şəraitində davam edilən aparıcının səhhəti ilə bağlı yeni məlumat yayılıb.

Həyat yoldaşı Beril Işık bildirib ki, Kənanın müalicəsi davam edir və səhhəti düzəlməyə başlayıb:

“Terapiyaları davam edir. Artıq baxışları ilə ətrafda olanları izləyə bilir. Gözləri ilə nəsə izah etməyə çalışır. Bəzən bütün günü öz əlil arabasında oturur. Bədənini özü saxlaya, dik dura bilir. Əvvəl bunların heç birini edə bilmirdi”.

Share: