Soyuqdəymənin əsas və ilk simptomlarından biri qızdırmadır. Soyuqdəymə zamanı qızdırma qoruyucu funksiyanı yerinə yetirir, sağalmanı tezləşdirir.
Saglamolun.az bildirir ki, qızdırma qalxanda immun sistemi daha fəal işləyir və viruslarla daha effektli şəkildə mübarizə aparır. 38-38,5 C qızdırmada virus əleyhinə anticismlərin istehsalı sürəti ən pik səviyyədə olur.
Digər tərəfdən soyuqdəyməyə səbəb olan virusların çoxalması prosesi yuksək qızıdırma zamanı zəifləyir, onlar daha tez məhv olur. Beləliklə, qızdırmadan qorxmaq lazım deyil. Qızdırmanı yalnız 38,5 C-dən yuxarı qalxanda salmaq lazımdır.
Soyuqdəymə zamanı qızdırma adətən 3-4 gündən çox qalxmır. Əgər qızdırma 3-4 gündən çox qalxırsa, mütləq həkimə müraciət etmək lazımdır. Bu orqanizmdə bakterial infeksiyanın inkişafına işarə edə bilər. Belə infeksiyalar təhlükəlidir və insanın sağlamlığına və hətta həyatınana ciddi təhlükə yarada bilər. Bu xüsusilə pnevmoniyaya (ağciyərlərin iltihabı) aiddir.
Həmçinin soyuqdəymə zamanı qızdırma normaya düşüb, lakin bir neçə gündən sonra yenidən qalxmağa başlayıba, bu da təhlükəli simptomdur. Bu simptom da pnevmoniyanın inkişafına işarə edə bilər.
Bakterial infeksiyalar antibiotiklərin köməyi ilə müalicə olunur. Antibiotikləri yalnız həkim müayinə və lazım olan anlizlərdən sonra təyin etməlidir.
Yüksək qızdırma fonunda xəstədə güclü zəifləmə və halsızlıq, nəfəsalmanın çətinləşməsi, şüurun pozulması, bayılma, qıcolmalar kimi simptomlar inkişaf etdikdə vaxt itirmədən “təcili yardım” çağırın!