Sürətlə yayılan virus bu ölkədə 3 nəfərin həyatına son qoyub

Çin hökuməti yeni koronavirusun ölkənin bir neçə şəhərində kəskin yayılması faktını təsdiqləyib.

Milletinsesi.az APA-ya istinadən bildirir ki, xəstələrin sayı üç dəfə artıb, 3 nəfər sözügedən virusdan artıq həyatını itirib.

Ümumilikdə, Uhan şəhərindən yayılmağa başlayan sətəlcəmə səbəb olan virusa son bir həftə ərzində 136 nəfər yoluxub. Bundan əvvəl 62 yoluxma faktı qeydə alınmışdı.

Share: