“İnterpol”un sabiq rəhbəri 13 il 5 ay müddətinə azadlıqdan məhrum edilib

Rüşvət almaqda ittiham olunan “İnterpol”un sabiq rəhbəri Men Xunveya Çində məhkəmənin qərarı ilə 13 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Çinin Mərkəzi televiziyası məlumat yayıb.

Qərardan apelyasiya şikayəti verilməyib.
Qeyd edək ki, 2018-ci il sentyabrın 29-dan sonra Çində olan M. Xunveya ilə əlaqə kəsilib və Fransa hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Çin hakimiyyəti isə bəyan edib ki, M. Xunveya rüşvət almaqda şübhəli sayıldığı üçün saxlanılıb. M. Xunveya ötən il iyunun 20-də məhkəmədə 2 milyon dollar rüşvət aldığını etiraf edib. “İnterpol”un sabiq rəhbərinin həyat yoldaşı və iki övladı mayın 2-də Fransada siyasi sığınacaq alıb.

Share: