Premyer Liqamız 14 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.

Qol.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Çempionatımız son reytinqlə müqayisədə 14 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 1287 xalla İngiltərə Premyer Liqası  başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cüdür.

Share: